İyunun 5-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və materiallarının emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Xatırladaq ki, iyunun 4-də DİM 11 şəhər və rayonda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahanda 21 min 753 abituriyentin iştirakı nəzərdə tutulurdu.