Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənovanın qanunsuz əməlləri barədə sosial şəbəkələrdə müxtəlif yazılar dərc edilir.

Bu günlərdə isə Samux rayon Təhsil Şöbəsinin sabiq müdiri, hal-hazırda Gəncə Şəhər Təhsil Şöbəsində sektor müdiri vəzifəsini icra edən Nurlana Həsənovanın həbsdə olan qardaşı Ramin Həsənovun haqqında video-görüntülər yayılıb.

İddia olunur ki, Ramin Həsənov özbaşınalıq edərək Samux rayon Təhsil Şöbəsinə aid olan məktəblərdə qanunsuz yoxlamalar aparıb.

Məlumata görə, Ramil Həsənov Gəncə şəhərində yol qəzası edərək iki şəxsin ölümünə səbəb olub. Yayımlanan video-görüntülər R.Həsənovun həbs olunmamışdan əvvəlki dövrə təsadüf edir. Onun 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında məlumat əldə edilib.

Video-lentdən aydın olur ki, həqiqətən də Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənovanın qardaşı R.Həsənov təhsil şöbəsində işləmədiyi halda, qanunsuz əməllərlə, kobud davranışla bacısı Nurlana Həsənovanın qanunsuz tapşırıqlarını icra edib.

Digər bir məlumata görə, Təhsil Nazirliyinin sözügedən faktlardan xəbəri olsa da, heç bir tədbir görülməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN