Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.
AzTU-dan Tezadlar.az-a bildirilib ki, iclasda universitetin sosial tədbirlərində fəallıq göstərən tələbələrin mükafatlandırılması ilə bağlı qərar qəbul olunub. Bundan başqa, AzTU-nun Keyfiyyətin Təminatı və Öyrənmə-Öyrətmə Mərkəzinin əsasnaməsi də müzakirələrdən sonra təsdiq olunub.
İclasda yeni tədris ilində universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində tətbiq olunacaq innovativ yeniliklərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonra cari məsələlər müzakirə olunub.