LERİKDƏ "EL ÜÇÜN" KAFESİNDƏ İSTEHLAKA YARARSIZ MƏHSULLAR AŞKARLANIB
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik şəhəri, C.Şahıyev küçəsində fiziki şəxs Mirzəyev Elçin Hüseynbala oğluna məxsus “El Üçün” kafesində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.