Fransada koronavirusun 8-ci dalğası başlayıb.
Son həftələr ərzində koronavirus yenidən sürətlə yayılmaqda davam edir.
Fransa Səhiyyə İdarəsinin məlumatına əsasən, son sutkada 49 minə yaxın yeni yoluxma qeydə alınıb. Xəstəxanalara 835-i son sutkada daxil olmaqla, 14 min 554 xəstə var. Reanimasiya şöbələrində ağır xəstələrin sayı 810-a çatıb.
Pandemiya başlayandan Fransada virus qurbanlarının ümumi sayı 155 min 112-yə yüksəlib. Son sutkada virusdan 34 yeni ölüm faktı qeydə alınıb.