14 sentyabr 2022- ci ildə ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb Universitetində həmin universiteti 1972- ci ildə bitirmiş ( o vaxtkı Azərbaycan Dövlət Tibb İnstitutu) məzunlarının “ Görüş-Toplantısı” keçrilmişdir.

 Tədbir ilkin olaraq universitet şəhərciyindəki Vətən müharibəsində şəhid olmuş Azərbaycan Tibb Universitetinin tələbə və məzunlarının xatirəsinə ucadılmış  abidənin ziyarət edilməsi və “ATU-nun 1972- ci il məzunları adından” əklil qoyulması ilə başlanıldı. Bütün tədbir iştirakçıları tərəfindən qələnfirlər düzüldü. Sonra tədbir ATU-nun 3 saylı tədris korpusunun (əsasən bu korpus Anatomiya korpusu kimi tanınır) görüşə toplanmış məzunların düz 56 il əvvəl yəni 1966- cı ilin sentyabr ayının 1- də ilk dərs keçdikləri Anatomiya kafedrasının  məhşur yarım dairəvi auditoriyasında davam etdirildi.

 Tədbiri giriş sözü ilə açan  Universitetin tədris və müalicə işləri üzrə prorektoru, ə.e.x., professor Sabir Əliyev  ATU-nun rektoru professor G.Gəraybəylinin toplantı iştirakçılarına ünvanladığı təbriki çatdırmaqla yanaşı, toplantıda iştirak edən həmin vaxtda anatomiya dərsi demiş professor Rafiq Əsgərovu və professor Mübariz Allahverdiyevi ixtisasca həkim olan Millət Vəkilləri Musa Quliyev və Sədaqət Vəliyevanı salamladı. Qarabağ müharibəsi, 44 günlük tarixi qələbəmiz və eləcədə son günlərdə düşmən təxribatının qarşısının alınmasında şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Prorektor həmçinin son illərdə ATU-nun yüksək nailiyyətləri,  o cümlədən ötən il Beynəlxalq Seritifikasiya Komissiyasından müvəffəqiyyətlə keçməsi barədə məlumat verərək, bu günki tədbirin də tələbələr arasında ruh yüksəkliyinə səbəb olacağına əminliyini bildirdi və  “Doğma Universitetinizə xoş gəlmisiniz “ deyərək 1972-ci il məzunlarına səsləndi.

 Söz tədbirin keçrilməsi üçün həmin ilin məzunlardan yaradılmış “ Təşkilat qrupunun” rəhbəri Qarabağ müharibəsi Veteranı, Respublikanın əməkdar həkimi, ATU-nun dosenti  Taryel Eyvzov "Təzadlar"a bildirdi ki, o, çıxışında deyib: "... İlk növbədə müraciətimizə yüksək diqqət göstərən “ Doğma Universitetimizin” rəhbərliyinə, toplantıda iştirak edən bizə dərs demiş müəllimlərə və qonaqlara məzunlar adından təşəkkürümü bildirirəm".

 O, qeyd edib ki, 1972-ci ildə Tibb İnstitunu cəmi 930 nəfər bitirərək həkim ixtisasına yiyələnmişdir ( 40 nəfəri axşam təhsili almışdır). Onlardan 18 nəfəri elmlər doktoru, 44 nəfəri elmlər namizədi, onlarca əməkdar həkim, müxtəlif medalların mükafatçıları vardır. Məzunlar arasında Səhiyyə Nazirinin müavini, Bakı Baş Səhiyyə idarəsinin rəisi, Elmi- Tədqiqat mərkəzlərinin rəhbəri, kafedra müdirləri, rayonlarımızda səhiyyə şöbələrinin rəhbərləri və s. vəzifələrdə işləyənlərimiz olmuş və hazırda da vardır. Bu toplantıda hazırda 150 nəfərə yaxın məzun demək olar ki, Ölkəmizin bütün bölgələrindən iştirak edirlər. Ancaq təəssüf hissi ilə bildirirəm ki, tələbə yoldaşlarıımız arasında dünyasını dəyişənlərimizdə vardır. Biz onların və  həmçinin rəhmətə gedən müəllimlərimizin əziz xatirəsini daima hörmətlə yad edirik.  Görüşdə iştirak edən bütün iştirakçıları əhatə edəcək “ Xatirə Kitabı”nın da hazırlanacağı bildirildi. Toplantıda məzunlardan ə.e.x., professor Qalib Qarayev, Bakı Baş əhiyyə İdarəsinin  sabiq rəisi, əməkdar həkim Elmira Əliyeva, Tərəqqi medalı mükafatçısı Məhəbbət Qəmbərova,  hazırda Moskva şəhərində həkim işləyən Nailə Ələkbərova, Naxçıvandan gəlmiş Ələkbər Zeynili, həkim şair – publisist Zakir Ağdamlı, Şəkidən gəlmiş əməkdar həkim Kifayət Həmidova və başqaları çıxış edərək bu günün, süvinc və həyacanının, ömrü boyu yaddan çıxmayacağını bildirməklə, görüşün təşkilatçılarına və universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Toplantının ən maraqlı, yadda qalan və məzunlar üçün təsirli hissələrindən biri də sonda ağ xalatlı üç nəfər hazırkı tələbənin məzunları yüksək səviyyədə təbrik etmələri oldu. Sonda hamı bir araya gələrək xatirə şəkli çəkdirildi və hər ilin sentyabr ayında imkan daxilində “Görüş” keçirilməsi arzu olundu.

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN