Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 67 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 701 nəfər müalicə olunaraq sağalıb, hazırda 543 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 780, bu günə qədər isə ümumilikdə 7 273 091 test icra olunub.