Antibiotiklərin lazım oldu, olmadı qəbulu günümüzün problemlərindən biridir.
Hətta düşünmədən azyaşlı uşaqlara da tez-tez antibotik təyin edən həkilmlər var. Cahilcəsinə (qızdırma oldu, uşaq öskürdü, bağırsağı pozuldu və s.) verilən bu antibiotiklərin yan təsirləri, orqanizmə zərəri barədə isə bilgilər verilməsinə, maarifləndirmələrə baxmayaraq, təəssüf ki, tez sağalmanın qısa yolu kimi antibiotikə üstünlük verənlər az deyil.
Antibiotiklərin zərəri barədə bu dəfə məşhur rusiyalı terapevt Nadejda Çernışova danışıb.
O, antibiotiklərin yalnız həkim tərəfindən təyinata uyğun qəbul edilməli olduğunu və bu cür dərmanların sui-istifadəsinin sağlamlığa zərəri barədə xəbərdarlıq edib.
"Bir çox antibiotiklər bakteriyalar üçün əlverişli mühiti məhv edən göbələklərdən hazırlanır, bundan sonra onlar çoxalmağa başlayır", - deyə terapevt bildirib.
Mütəxəssisin fikrincə, orqanizmdə belə proseslər göbələk tonzillitini (angina - red) tətikləyə bilər. Bundan əlavə, antibiotiklərin nəzarətsiz istifadəsi otitə, ağciyərlərə və ya dırnaqlara da zərər verə bilər.
Odur ki, yeri gəldi, gəlmədi antibiotiklərin qəbulindan çəkinmək lazımdır.
Y.MƏMMƏDLİ