Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 61 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 822 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 228 nəfər müalicə olunaraq sağalıb, hazırda 439 aktiv xəstə var. Bu günə qədər 9 932 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 332, bu günə qədər isə ümumilikdə 7 289 143 test icra olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN