Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 946 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 473 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1365, bu günə qədər isə ümumilikdə 7 milyon 432 min 124 test icra olunub.