Dünya yenidən koronavirus imtahanı qarşısında: COVID-19-a yoluxanların ümumi sayı 680 263 268 nəfərə çatıb.

“Report” bu barədə ayrı-ayrı ölkələrin koronavirusa yoluxma üzrə səhiyyə orqanlarının statistikasına istinadən xəbər verir.

Ümumiləşmiş məlumatlara əsasən, dünyada koronavirusdan ölənlərin sayı 6 802 066 nəfərə çatıb. Eyni zamanda pandemiya ərzində koronavirusdan sağalanların sayı 653 069 473 nəfərə çatıb.

ABŞ əvvəlki kimi dünyada koronavirusa ən çox yoluxmanın qeydə alındığı ölkədir. Son mlumatlara görə, Birləşmiş Ştatlarda pandemiya ərzində 105 345 992 insan COVID-19-a yoluxub. Birləşmiş Ştatlar eləcə də dünyada təhlükəli infeksiyadan ölənlərin sayına görə birinci yerdədir – 1 146 142.

Koronavirusa ən çox yoluxma üzrə siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Pandemiya ərzində ölkədə ümumilikdə 44 686 879 nəfərdə virus aşkarlanıb. Hindistanda 530 772 nfər koronavirusun qurbanı olub.

Fransa pandemiya ərzində ən çox insanın COVID-19-a yoluxduğu ilk üçlüyü qapayır. Qərbi Avropa ölkəsində 39 626 756 nəfərdə virus aşkarlanıb.

Siyahıda sonrakı yerdə 38 189 954 yoluxma ilə Almaniya qərarlaşıb.

Braziliya da (37 063 464 yoluxma) koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Ölkədə pandemiya qurbanlarının sayı təxminən 700 min (699 197) nəfərə çatır. Braziliya dünyada koronavirusdan ən çox ölüm hallarının qeydə alındığı ikinci ölkədir.

Yaponiyada 33 230 544 insan COVID-19-a yoluxub, son sutkada daha 11 506 nəfərdə virus aşkarlanıb.

Cənubi Koreya dünyada koronavirusun ən çox yayıldığı 7-ci ölkədir. Burada 30 533 573 insana COVID-19 diaqnozu qoyulub, 34 003 insan virusdan ölüb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN