Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 608 nəfər müalicə olunaraq sağalıb, 10 min 197 nəfər vəfat edib. Aktiv xəstə sayı 496 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1035, bu günə qədər isə ümumilikdə 7 milyon 567 min 527 test icra olunub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN