Gürcüstanın eks prezidenti Mixail Saakaşvili ağır metallarla zəhərlənməyib - bunu onun testləri də təsdiqləyib.

Bunu Saakaşvilinin müalicə olunduğu klinikanın direktoru bildirib.

 Zurab Çxaidzenin sözlərinə görə, ötən ilin mayında olduğu kimi, analizlər Almaniyada fəaliyyət göstərən Limbax laboratoriyasına göndərilib.

 "Biz may ayında da testlər göndərdik və indiki göstəricilər əvvəlkindən daha yaxşıdır. O vaxt hər şey normal idi, indi də, bəzi göstəricilər, hətta yaxşılaşıb", - direktor açıqlayıb.

Xatırladaq ki, eks prezident şəxsən özü zəhərləndiyini bəyan eymişdi.

 "Məni öldürmək üçün baş tutan xüsusi əməliyyatın son mərhələsindəyik - Bu prosesdə “parlamentarilər”, “jurnalistlər”, indi isə klinika iştirak edir",- deyə o, iddia etmişdi.

O, ölmək istəmədiyini Ukraynanın qələbə gününü görmək istədiyini vurğulamışdı.

 “Vivamed klinikasının həkimlərinin mətbuat konfransında yeganə həqiqət o oldu ki, vəziyyətim ağırdır və sürətlə pisləşir. Klinika praktiki olaraq heç nə edə bilmir. Dedikləri qalan hər şey yalan idi. Bu klinikda mənim əsas xəstəliklərimi müalicə etməkdən imtina etdilər. Xüsusilə, ağır metal zəhərlənməsi, iştahsızlıq və kaxeksiyanın müalicəsini nəzərdə tuturam. Heç kim həyatı və yaşamağı mənim qədər istəməz! Mən Ukraynanın qələbəsinin və bütün Putinistlərin sonunun şahidi olmaq istəyirəm", -deyib.

Saakaşvili bir daha qeyd edib ki, o ölkəsinin bir tetrisini belə götürməyib: 

"Mən oliqarxın balaca itlərinə müraciət etmək istəyirəm, Gürcüstandan nəinki 1 milyon, heç 1 tetri belə almamışam. Mənim hardasa o qədər pulum olsaydı, vəkillərin xərclərini ödəmək üçün son torpaq sahəsini satmazdım", -deyə o, diqqətə çatdırıb. 

Əvvəllər bir çox ölkələr, xüsusilə ABŞ Saakaşvilinin ağır xəstəliyi səbəbindən dərhal azad edilməsini tələb edirdisə, artıq vəziyyət dəyişdi... 

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN