Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus təşkilatın COVID-19 üçün qlobal pandemiya statusunu ləğv etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“ÜST-nin COVID-19 ilə bağlı Fövqəladə Hallar üzrə Ekspert Komitəsi məndən COVID-19 İctimai Sağlamlıq Beynəlxalq Təhlükəsizliyini (İSBT) ləğv etməyimi xahiş etdi. Mən bu məsləhətə əməl etdim və pandemiyanın bitdiyini elan etdim”, - o deyib.
Qebreyesus həmçinin əlavə edib ki, rəsmi rəqəmlərə görə, epidemiya başlayandan bəri koronavirus təxminən 7 milyon insanın ölümünə səbəb olub. Eyni zamanda, ÜST rəhbəri hesab edir ki, real rəqəmlər daha çoxdur - ən azı iyirmi milyon ölü.
Daha əvvəl ÜST dörd həftə ərzində koronavirusdan ölümlərin 30% azaldığını açıqlamışdı.
E.ŞİRİNOV