Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Tezadlar.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 950 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 660 nəfər müalicə olunaraq sağalıb, 10 min 283 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 365, bu günə qədər isə ümumilikdə 7 milyon 644 min 849 test icra olunub.