Respublika Diaqnostika Mərkəzinin yeni qanuni təmsilçisinin adı bəlli olub.
Belə ki, nizamnamə kapitalı 2 milyon 415 min 646 manat olan Respublika Diaqnostika Mərkəzi qanuni təmsilçisi sabiq səhiyyə naziri Şirəliyev Oqtay Kazım oğlu olub.
Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzinin rəsmi saytında hələ də baş direktor Rəşid Vəzirov olduğu göstərilir.
Xatırladaq ki, bir müəddət əvvəl Oqtay Şirəliyevin Respublika Diaqnostika Mərkəzinin baş direktoru təyin olunması ilə bağlı məlumat yayılmışdı.
Onu da vurğulayaq ki, Oqtay Şirəliyev hələ 1988-2005-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktoru olub. 20 oktyabr 2005-ci ildən 23 aprel 2021-ci ilə qədər isə səhiyyə naziri vəzifəsini icra edib.
E.ŞİRİNOV