Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3817 yeni yoluxma faktı qeydə alınıb, 7541 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 768 019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 720 865 nəfər müalicə olunaraq sağalıb, 9182 nəfər vəfat edib, aktiv xəstə sayı 37 972 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 451, ötən müddət ərzində isə ümumilikdə 6 459 513 test aparılıb.