Ötən il müalicə üçün xarici ölkələrə üz tutan vətəndaşların sayı əvvəlki ildən 3 dəfə çox olub...
Qazaxıstan Respublikası Hesablama Komitəsinin iqtisadiyyatın real sektorunun audit departamentinin direktor müavini Nurlan Katrenov qeyd edib ki, getdikcə daha çox qazaxıstanlı yerli həkimlərə etibar etmir və xarici klinikalardan kömək istəmək məcburiyyətindədir.
“Keyfiyyətli tibbi xidmətin olmaması tibbi xidmət almaq üçün xaricə gedən vətəndaşların sayının artmasına səbəb olub. MTN sərhəd xidmətinin məlumatına görə, 2020-ci ildə tibbi xidmət almaq üçün xaricə gedənlərin sayı 18 678 nəfər idisə, 2021-ci ildə bu rəqəm artıq 55 061 nəfər olub, yəni təxminən 3 dəfə artıb”, - deyə Nurlan Katrenov şöbədə keçirilən müşavirədə bildirib.
Katrenovun sözlərinə görə, tibb müəssisələrində keyfiyyətli xidmət görməyib ümidsizliyə qapanan xəstə, qeyri-ənənəvi tibbə, yaxud təbiblərə (şəfavericilərə-red) müraciət etmək məcburiyyətində qalır və tez-tez şarlatanlara (fırıldaqçılara -red) rast gəlir.
Nurlan Katrenov qeyd edib ki, bütün bunlar cəmiyyətin narazılığına səbəb olur və bu, ayrı-ayrı tibb mütəxəssislərinə, ümumilikdə səhiyyə təşkilatlarına qarşı şikayətlərin sayının artması ilə sübut olunur.
Həmçinin o, qeyd edib ki, audit nəticəsində tibb kadrlarının çatışmazlığının artması da müəyyən olunub.
“Son 5 ildə - 2017-ci ildən 2021-ci ilə qədər - kəsir iki dəfə artıb - 10 mindən 23 min vahidə qədər”, - deyə Katrenov vurğulayıb.
JASMİN