Türkiyədə Jirinovski ilə həbsxanada yatmış adamları mətbuata, efirə çıxartmaq lazımdır ki, hamı onun orada başına gətirilənlərlə tanış olsun və bəlkə bundan sonra bu əbləh ağzına tort alıb sakit dayandı
Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə öz ampulasındadır. Yəni yenə ağzının qatığını dağıdıb. Bu insanı Allah sanki Türkiyəyə və Azərbaycana nifrət püskürmək üçün yaradıb. Elə oturub-durub azərbaycanlıların və türklərin əleyhinə ağlına və ağzına gələni danışır. Özü də necə danışır? Az qala hər danışanda adam istəyir ki, Məşədi İbadın sözü olmasın, “mürtəd oğlu mürtədi yıxasan yerə, ağzına-ağzına vurasan”.
Bu günlərdə yenə ağlına və ağzına gələni əleyhimizə danışıb. Hətta iş o yerə çatıb ki, “Komsomolskaya pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramında Azərbaycana qarşı qərəzli və təhqiramiz fikirlərinə görə Azərbaycan hökuməti Rusiyaya nota verib. İki dövlət arasında münasibəti fikirləşməyən bu əbləh hətta notadan sonra da ağzının qatığını saxlaya bilməyərək deyib: “Bu hərəkət söz azadlığına qarşıdır. Azərbaycan və Ermənistan Rusiyanın hesabına yaşayırlar. İndi mən susmalı, hər zaman Azərbaycanı tərifləməliyəm?” Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyevi həmişə müdrik rəhbər adlandırmişam deyib: “Bundan da yaxşı sözləri onun atası – Heydər Əliyev haqqında demişəm. Ancaq hansısa məmur doğru düşünmürsə və müvəqqəti işlər vəkilinə nota təqdim edirsə, yəni onlar söz azadlığını bilmirlər?” Görün bu arsız, “tort yemişəm, bir də belə qələt eləmərəm” – demək əvəzinə, utanmaz-utanmaz və arsızcasına söz azadlığından danışır.
Deputat Aqil Abbas Jirinovskinin Türkiyəyə və Azərbaycana qarşı nifrətinin kökünü, deyəsən, yaxşı tapıb: “Putin özü bu sözləri deyə bilməz, onun ağzı ilə dedizdirir. Amma bizi narahat etməməlidir, qoy danışsın. Ona Türkiyədə həbsdə nə ediblərsə, indiyə qədər unutmayıb. Jirinovski 6 ay Türkiyə türməsində olub, yəqin başına gələnləri yadından çıxarmayıb”.
Çox ağıllı yanaşmadır. İndi oğul istəyirəm Jirinovskinin Türkiyədə həbsxanada yatdığı dövrdə onun dustaq yoldaşlarından tapıb, başına nə oyun açdıqlarının kökünü öyrənsin. Türkiyədə Jirinovski ilə həbsxanada yatmış adamları mətbuata, efirə çıxartmaq lazımdır ki, hamı onun orada başına gətirilənlərlə tanış olsun və bəlkə bundan sonra bu əbləh ağzına tort alıb sakit dayandı. Ya bu adamı belə dayandırmaq lazımdır ki, keçmişini unutmasın, ya da tutub həbsxanada başına gətirilənləri yenidən təkrar etmək lazımdır. Üçüncü bir variant yoxdur…
Elçin Məmmədli