Azərbaycanlı model Səmra busqaltersiz şəklini paylaşıb və açıq sinəsinin hər birinin üstünə qarpız dilimi tutaraq, altından belə yazıb: “Nəfsiniz qarpız çəkər”.
P.S. Səmra xanım, mən inanıram ki, o açıq sinənin üstündəki qarpıza mütləq atanın, qardaşının, əmi, bibi, xala, dayı oğlanlarının nəfsi çəkəcək. Amma lütlənib açıq sinənə qarpız tutmağından görünür ki, əla başın var, amma heyf ki, o baş qarpıza işləyir.
***
Müğənni Xatirə İslam sosial media hesabında dərin yarığı olan libası ilə şəkil paylaşıb və bu da deyilənə görə diqqət çəkib.
P.S. Çəkər də. Xatirənin bu 40 yaşında, yəni qocalığa doğru getdiyi bir vaxtda durub 18-20 yaşlı qızlar kimi baldırı çöldə qalan paltar geyməsi, əlbəttə, diqqət çəkəcək. Adam istər-istəməz soruşmaq istəyir: - Xatirə xanım, qocalıqda bu nə yorğalıqdır?
***
Xəbər verilir ki, bəstəkar və müğənni sayılan Sevinc Ağasıyeva aparıcı Ruslan Zeynalova ərə gedir.
P.S. Allah xoşbəxt eləsin! Şəkildən də görünür ki, müğənni Sevinc xanım nişanlısının qucağında xoşbəxtlikdən sanki göydə uçur. Amma bu şou əhlinin uzun müddət belə göydə uça bilməyəcəyi də faktdır. Çünki şou əhli olanlar ailəyə də bir şou kimi baxır və bu səbəbdən bir ildən sonra eniş etməli olurlar, yəni ayrılıb hərə gəldiyi yerə gedir. Mərhum şairimiz Söhrab Tahirin bu yerdə “Moddur indi” şeirindən bir bənd yada düşür:
“Soy kişinin dərisini,
Qalın dəri moddur indi.
Bir il qaldın boşan ərdən,
Ərsiz qalmaq moddur indi”.
***
ADP sədri Sərdar Cəlaloğlu Şeyx Allahşükür Paşazadənin son vaxtlar fətva qalmaqalı ilə bağlı danışarkən mətbuata belə deyib: “Allahşükür Azərbaycandan başqa bütün dövlətlərə bağlıdır”.
P.S. Bismillahir Rəhmanir Rəhim. Şeyx haqqında belə küfr danışmaq olmaz. Sərdar bəy, burada bir baaalaca səhvin var. Bizim hörmətli Şeyximiz dövlətlərə yox, Çexiyaya qədər uzanan geniş bir biznesə bağlıdır.
***
Prezident cənab İlham Əliyevin sərəncamı ilə bir neçə ölkədəki səfirlər yeniləri ilə əvəz olundu. Bu yerdəyişməyə münasibət bildirən siyasi analitik Turab Rzayev mətbuata belə deyib: “Bütün kadrlar “ələkdən” keçirilməli, yalnız layiqlilər vəzifələrində qalmalıdırlar. Hətta bəzi ölkələrdə təkcə səfirlər deyil, bütün səfirlik işçiləri, o cümlədən müavinlər, müşavirlər yeniləri ilə əvəz olunmalıdır”.
P.S. Tamamilə doğru yanaşmadır. Məsələn, götürək həmişə erməniləri müdafiə edən Fransanı. Bu ölkədəki səfirimiz və bütün əməkdaşları nəinki dəyişdirilməlidir, hətta həbs olunmalıdır. Ona görə ki, az qala bütün Fransanın erməniləri dəstəklədiyi halda, bir nəfər fransız belə Azərbaycan adlı ölkənin adını çəkmir. Halbuki Azərbaycanı yaxşı tanıtmaq, kim olduğumuzu göstərmək üçün 1941-45-ci illərdə Fransa Müqavimət Hərəkatının liderlərindən olmuş, sabiq Fransa Prezidenti Şarl de Qolun ən yaxın silahdaşı, Fransanın qəhrəmanı Əhmədiyyə Cəbrayılov kimi böyük təbliğat maşınımız var. Niyə səfirlik və əməkdaşları Fransanın televiziya və qəzetləri vasitəsilə Əhmədiyyə Cəbrayılov haqqında silsilə tədbirlər, video roliklər, Fransanın azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu göstərən kitablar, broşüralar, sənədli filmlər göstərilməsini təmin etmirlər? Onda fransızlar da görər ki, azərbaycanlılar Fransaya ermənilərdən daha çox xeyir veriblər və ölkəmizə qarşı ermənipərəst mövqedən çəkinərlər. Belə bir təbliğat maşınından istifadə etməyən səfiri və əməkdaşlarını mən çay aşağı axıdım, çay yuxarı axtarım...
***
Şair Akif Səmədi çox tez, 45 yaşında itirdik. Şairi anım günü münasibətilə yad edən həmkarımız Ayyət Əhməd Akif Səmədin oğlu Ulucay Akiflə geniş müsahibə hazırlayıb. Müsahibədə U.Akif özü haqqında çox yüksək fikirdə olduğunu qabardaraq deyib: “Bu gün yazıları ən çox oxunan müəlliflərdən biriyəm. Yazılarımı minlərlə, hətta onminlərlə adam oxuyur. Həmin adamlar o yazıları Akif Səmədin oğlu olduğum üçün oxuyur? Əlbəttə ki, yox. Onlar Ulucay Akifin nə yazdığını, nə fikirləşdiyini bilmək istəyənlərdir”.
P.S. İnanın, bu sözlərdən sonra bəlkə də rəhmətlik Akif Səmədin qəbirdə sümükləri sızıldadı. Az- çox Azərbaycan ədəbiyyatına bələd olan, şeirdən, poeziyadan bir az başı çıxan adam kimi mən bu müsahibəyə qədər (müsahibəni Akif Səmədə görə oxudum - E.M.) Ulucay Akif adında bir müəllif, yazar, şair tanımırdım. Bu Ulucay bala isə deyir ki, məni Akif Səmədə görə yox, özümə görə oxuyurlar. Heyf səndən, Akif Səməd, yurdunda çıraq yandıran yox, çıraq söndürən bir oğul qoymusan. Bu özündən razı Ulucay haqqında nəsə öyrənmək üçün internetə baş vurdum. Ən çox müzakirə və tənqid olunan Ulucayın “Ayselin ayaqları” adlı mənasız və düşük şeiri idi. Daha sonra qarşıma görün onun haqqında hansı yazı çıxdı: “Ədəbiyyatımızın mənasızları: Ulucay Akif, Emin Piri, Oğuz Ayvaz”. Əlavə şərhə ehtiyac varmı? Amma neyləyək, oğul bivec çıxanda çıxır də... Allah sənə qəni-qəni rəhmət eləsin, Akif Səməd.
***
Deputat Eldəniz Səlimovun Xaçmaz rayonunda öz peşə fəaliyyətini yerinə yetirən polis nəfəri Zaur Mirzəyevi qəddarcasına döyməsi faktı, daxili işlər naziri Vilayət Eyvazovun şəxsi nəzarətindədir.
P.S. Təzadlı bir dövrdə yaşayırıq. Deputat Ramil Həsən başqasının uşağını oğurlayır və oteldə gələnlərin qarşısına şortikdə çıxır... Deputat Eldəniz Səlimov polis nəfərini döyür. Maraqlıdır, bu hadisələr baş verənə qədər ictimaiyyət nə Ramil Həsən, nə də ki, Eldəniz Səlimov adında deputatları tanımırdı. Görəsən, bunlar kimin papağı altında qalıblar ki, heç kəs tanımır? Belələrini, öyrənmək lazımdır ki, kimin təqdimatı ilə Milli Məclisə gedib çıxıblar? Eldəniz Səlimovun hərəkətlərinə yəqin ki, hüquqi qiymət verib, cəzalandıracaqlar. Amma indiyə qədər Milli Məclisdə bircə dəfə də olsa, ağızlarını açıb danışmayan bu deputatları himayə edənlər də cəzalanmalıdır.
***
Mərhum Səməd Səmədovdan danışan müğənni Əli Mirəliyev bir sayta belə deyib: “Azərbaycanın himnini yazanın kim olduğunu bilmirdi. O bilmədikləri də sonda onu populyar elədi. Amma əsl oxuyan ola bilmədi, heç vaxt da ola bilməyəcəkdi. Çünki Azərbaycan musiqisinin kökünü, sözünü bilmirdi”.
P.S. Maraqlıdır, bəs oxuya bilməyən Səməd, Röya, Miri Yusif və s. necə gəlib Xalq artisti olublar? Amma 60 ildir muğam sənətində külüng çalan dədə Süleyman hələ də Əməkdar artistidir. Axı bu haqsızlığı Allah necə götürür? Əşi, odey, götürmədi də və Səməd də belə getdi... Görəsən, növbə belə layiq olmayan ad alanlardan daha kimindir?
***
“Aşk, mantik, intikam” serialında rol alan Burcu Özberk sevginin qurbanı olduğunu bildirərək deyib: “Eşqdə məntiq olmur. Kaş olsaydı. Məntiqin yox, sevginin qubanı oldum. Eləmərəm dediyim şeyləri elədim. Heç səfeh qadın deyiləm”.
P.S. Rəhmətliyin qızı, səfeh olmasaydın, bilərdin ki, şou əhlində nə sevgi olur, nə də məntiq. Sən yaxşı-yaxşı fikirləş, gör kimin və nəyin qurbanı olmusan?
ELÇİN
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.