ABŞ prezidenti Co Baydenin administrasiyası çinli hakerlərin təhlükəsi fonunda kibertəhlükəsizliyin gücləndirilməsi planını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Foreign Policy” nəşri yazıb.

Nəşr qeyd edib ki, Amerika quruluşunun kibertəhlükəsizliyi gücləndirmək üçün yeni yol xəritəsi hazırlamaq qərarına son üç ayda Çindən edilən iyirmidən çox kiberhücum təsir edib.

Qeyd olunur ki, bu planın həyata keçirilməsi “ABŞ-ın boru kəmərləri, elektrik şəbəkələri, su sistemləri və digər əsas infrastrukturlarının mühafizəsi üzrə konkret addımlar”, habelə məmurların elektron poçtlarında haker sındırmalarının qarşısının alınmasını nəzərdə tutur.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Çinin ABŞ-ın kritik infrastrukturuna qarşı kiberhücumlar edə biləcəyini bildirmişdi. Buna cavab olaraq Pekin onun casuslarının Qərbdə fəaliyyət göstərməsi ilə bağlı iddiaları təkzib edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN