Nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçirmək məqsədlə “Azparking” mobil tətbiqi istifadəyə verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “TEZADLAR.AZ”a verilən məlumata görə, tətbiq vasitəsilə istifadəçi olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapmaq, koordinatları təyin etmək və parklanma yerini seçmək imkanına malik olacaq.
Həmçinin əvvəlcədən gedəcəyi ünvandakı parklanma yerlərinin cari vəziyyəti ilə bağlı məlumat əldə edə biləcək.
Proqram təminatının “Ödənişlər” bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək mümkündür.