"Bizim seçimimiz güclü Gürcüstanın seçimidir. Burada çoxluğun nümayəndələri olan sizin seçiminiz isə rus əsarətinin seçimidir, siz soyğunçuluğu seçmisiniz".

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri “Strategiya Ağmaşenebeli”nin lideri Qiorqi Vaşadze parlamentin plenar iclasında baş nazirin çıxışına cavab olaraq bildirib. Vaşadzenin çıxışı hakim partiyanın deputatları tərəfindən narazılıqla qarşılanıb. Hakim partiya üzvləri yumruqlarını masalara çırparaq Vaşadzeyə etiraz ediblər. Vaşadze buna cavab olaraq bildirib ki, onlar üçün həqiqəti eşitmək çətindir: “Bizim seçimimiz ləyaqətli, vahid, güclü və azadlıqsevər insanların yaşadığı Gürcüstanın seçimidir.  Sizin seçiminiz isə Gürcüstanı özünə tabe etmək, əsarət altında saxlamaqdır. Ancaq buna heç vaxt nail ola bilməyəcəksiniz. Çünki gürcü və Avropa genetikası buna imkan verməyəcək". Vaşadzenin sözlərinə görə, Rusiyanın Ukraynanı işğal etdiyi gündən Gürcüstan tarixinin yeni mərhələsi başlasa da, hakimiyyət bundan istifadə edə bilməyib: "Fevralın 24-də terrorçu Rusiya dövlətinin Ukraynaya hücumu nəticəsində biz özümüzü tamam başqa reallıqda görürük. Ukrayna xalqının qəhrəmanlığı və cəsarəti sayəsində bizə Avropa İttifaqına üzv olmaq, Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesini sürətləndirmək imkanı verildi. Bəli, fevralın 24-də bütün dünya Ukraynanı alqışlayanda, təəssüf ki, siz xəyanətkar hərəkətiniz nəticəsində Gürcüstanın Ukraynaya dəstək olmadığını göstərdiniz. Məhz fevralın 24-nün nəticəsi idi ki, siz Avropa İttifaqına daxil olmaq üçün sürətlənmiş prosesin mövcud olmadığını iddia etməyə başladınız. Biz, ən əsası, on minlərlə gürcü Rustaveliyə toplaşdıq və bundan sonra siz namizəd ölkə statusu üçün müraciət etməli oldunuz", - deyə Qiorqi Vaşadze bildirib.

Qeyd edək ki, ötən gün baş nazir İrakli Qaribaşvili parlamentdə hesabatı zamanı müxalifəti ikiüzlülükdə və milli maraqlara xəyanət etməkdə ittiham edib.

24news,ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN