Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial mediada zəlzələ ilə bağlı təsdiqlənməmiş və həqiqəti əks etdirməyən paylaşımların cinayət sayıldığını ifadə edərək vətəndaşlardan rəsmi məlumatları təqib etmələrini xahiş edib.
TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, səsmi ''Twitter'' səhifəsində paylaşım edən Fəxrəddin Altun zəlzələdən zərər çəkmiş vətəndaşlara daha tez və effektiv şəkildə çatmaq üçün hər cür kommunikasiya texnologiyalarından düzgün istifadənin həyati əhəmiyyət daşıdığını vurğulayıb.
İnternetdə dezinformasiyanın sürətli şəkildə yayıldığını ifadə edən Fəxrəddin Altun sosial mediada zəlzələ ilə bağlı təsdiqlənməmiş və həqiqəti əks etdirməyən paylaşımların cinayət sayıldığını bildirib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri vətəndaşlardan rəsmi məlumatları təqib etmələrini xahiş edib.