Pulu Rusiya Müsəlmanları Ruhani İdarəsinin "Zəkat" Xeyriyyə Fondu toplayır.

Rusiya müsəlmanları Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım üçün vəsait toplamağa başlayıblar. Bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsi  (MRİ) məlumat yayıb.

Həmin pulu Rusiya Müsəlmanları Ruhani İdarəsinin “Zəkat” Xeyriyyə Fondu toplayır.

Onlar rusiyalılar adından həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin Rusiyanın MRİ-nin “Zəkat” xeyriyyə fondunun zərər çəkənlərin xeyrinə vəsait toplamağa başladığını bildiriblər.

Bundan əlavə, qurum xatırladıb ki,  MRİ- nin xeyriyyə layihələri çərçivəsində həyata keçirilən yardımlar təkcə müsəlmanlara deyil, digər dinlərin nümayəndələrinə də yönəlib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər və günorta saatlarında 8 bala yaxın dəhşətli zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində xeyli sayda dağıntılara səbəb olub.

Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə,  yaralıların sayı isə 37011 nəfərə çatıb.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN