Rumıniyada xüsusi təyinatlı qüvvələrin “Junction Strike 2023” (JUST 23) beynəlxalq təlimləri başlayıb.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki,  bu barədə Rumıniya Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb. Məlumata görə, mayın 18-dək davam edəcək manevrlər Rumıniyanın poliqonlarında və bir neçə yaşayış məntəqəsinin yaxınlığında keçirilir. Təlimlərdə Rumıniya Silahlı Qüvvələrinin 500-dən çox hərbi qulluqçusu iştirak edir, 100-ə yaxın quru, hava və dəniz döyüş texnikası, Bolqarıstan, İspaniya, Polşa, Portuqaliya və ABŞ-dan 100-ə yaxın hərbi qulluqçu da iştirak edir. Təlimlərə müşahidəçi qismində Gürcüstan, İordaniya və Moldova hərbçiləri də qatılıb. Rumıniya Müdafiə Nazirliyi bildirib ki, təlimlər taktiki və operativ strukturların “döyüş şəraitinə yaxın, qondarma ssenari əsasında, çoxmillətli və idarələrarası formatda” hazırlığını təmin edəcək. Nazirlik qeyd edib ki, “JUST 23” təliminin əsas məqsədi NATO-nun üç qüvvəsinin: Xüsusi Əməliyyat Qüvvələrinin Dəniz Qrupunun, Xüsusi Əməliyyat Qüvvələrinin Quru Qrupunun və Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat bölməsinin helikopterlərlə sertifikatlaşdırılması olub.

Məlumata görə, manevrlərin məqsədlərindən biri regional təhlükəsizliyi gücləndirmək üçün, xüsusilə Qara dəniz regionunda çoxmillətli mühitdə iş prosedurlarını uyğunlaşdırmaqdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN