20 milyon nəfərədək əhalisinin sayı olan Qazaxıstan Respublikasında 1 milyondan çox qazaxıstanlının  əmlak və nəqliyyat vergiləri üzrə ümumi məbləği 29,1 milyard tenge, o cümlədən nəqliyyat üzrə 27,9 milyard tenge borcu yaranıb.

Yerli KİV bu barədə Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bununla əlaqədar Komitə xəbərdarlıq edib ki, mayın 26-dan etibarən borcu 1 MHG-dən (Minimum Hesablanmış Göstərici) yuxarı olan borcluların siyahıları alınması üçün məhkəmə icraçılarına göndəriləcək. İcraçıların isə öz növbəsində bank hesablarına və əmlakına həbs qoymaq hüququ var.

Beləliklə, 40 MHG borcla Qazaxıstanı tərk etməyə qadağa da qoyula bilər. Bundan əlavə, özəl məhkəmə icraçıları borcun məbləğindən əlavə borcun məbləğinin 25%-i qədər ödəniş də toplayırlar.

Bununla əlaqədar olaraq, Komitə qazaxıstanlılara vergi borcunun olub-olmaması ilə bağlı məlumatları yoxlamağı tövsiyə edib.

Xatırladaq ki, Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq, müavinətlərin və digər sosial ödənişlərin hesablanması, habelə cərimələrin, vergilərin və digər ödənişlərin tətbiqi üçün cari ildə aylıq hesablama indeksi (AHİ) - 3450 tengedir.

Minimum əmək haqqı (MƏH) 70.000 tenge, dövlət baza pensiya ödənişinin minimum məbləği 24 341 tenge, minimum pensiya məbləği isə 53 076 tenge, əsas sosial ödənişlərin ölçüsünü hesablamaq üçün yaşayış minimumu 40 567 tenge təşkil edir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN