“Separatçı terror təşkilatı PKK və onun sərhədlərimizin daxilində və xaricində uzantılarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik və son terrorçu məhv edilənə qədər dayanmayacağıq”.
TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından etdiyi paylaşımda deyib.
Dövlət başçısı Türkiyənin Şırnak vilayətinin Bestler Dərələr bölgəsində PKK-ya qarşı əməliyyat zamanı baş verən qarşıdurmada şəhid olan 3 əsgərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Şəhid ailələrinə səbr diləyən Ərdoğan deyib:
"Millətimizin başı sağ olsun. Separatçı terror təşkilatı PKK və onun sərhədlərimizin daxilində və xaricində olan qollarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik və son terrorçu məhv edilənə qədər dayanmayacağıq".
Vitse-prezident Fuat Oktay da sosial media hesabında başsağlığı mesajı paylaşıb: "Şırnakın Bestler Dərələr bölgəsində xain terrorçularla qarşıdurmada şəhid olan qəhrəman Mehmetciklərimizə Allahdan rəhmət, kədərli ailələrinə səbr, yaralılarımıza isə şəfalar diləyirəm. Əziz millətimizin başı sağ olsun verirəm".