Fevralın 8-də Qəzza zolağında saxlanılan yeni girov qrupunun azad edilməsi müqabilində 18-i ömürlük cəzaya məhkum edilmiş 183 fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək.
Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə Fələstinli Məhbusların İşləri üzrə İnformasiya İdarəsi çıxış edib.
“Şənbə günü İsrail ilə razılaşmanın bir hissəsi olaraq ömürlük həbs cəzasına məhkum edilmiş 18 fələstinli, uzunmüddətli həbs cəzasına məhkum edilmiş 54 nəfər və oktyabrın 7-dən (2023) sonra saxlanılan 111 qəzzalı həbsdən azad ediləcək”, - ofisin Telegram kanalında yerləşdirilən məlumatda deyilir.
E.ŞİRİNOV