Hindistan iyulda keçirilməsi gözlənilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti virtual formatda keçirəcək.

Tədbir Nyu Dehlidə əyani olaraq keçirilməli idi. 

Hindistanın sədrlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti iyulun 4-də virtual formatda keçiriləcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb. Onun sədrliyi ilə sammit ilk dəfə keçiriləcək.

Tədbirə ŞƏT-ə üzv olan bütün ölkələr dəvət olunub: Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan. Daha üç ölkə - İran, Belarus və Monqolustan sammitdə müşahidəçi, Türkmənistan isə sədrin qonağı qismində iştirak edəcək.

Bundan əlavə, altı beynəlxalq və regional təşkilatın rəhbərləri dəvət olunur: BMT, ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası), MDB, KTMT, Aİİ və AQFETK (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans).

Hindistan Xarici İşlər Nazirliyi sammitin videokonfrans vasitəsilə keçirilməsi qərarının səbəblərini açıqlamayıb.

The Hindu mənbələrinə görə, səbəblərdən biri "təqvimlə bağlı çətinliklər" və Hindistan hökumətinin Çin və Pakistan da daxil olmaqla bir sıra ŞƏT liderlərindən yekun təsdiq almaması ola bilər. Nəşrin həmsöhbətləri digər səbəblərlə yanaşı,  “Rusiya prezidenti Vladimir Putinin də iştirakına kölgə sala biləcək”  Ukraynada davam edən müharibəni, habelə Hindistanın baş naziri Narendra Modinin “çox məşğul” qrafikini qeyd ediblər.

Qeyd edək ki, ŞƏT 15 iyun 2001-ci ildə yaradılıb. Nizamnaməsi isə 2002-ci ildə imzalanıb.

Xatırladaq ki, 10 iyul 2015-ci il tarixində ŞƏT Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də “dialoq üzrə tərəfdaş” statusunun verilməsi barədə qərar qəbul edilmişdir.

14 mart 2016-cı il tarixində Pekində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına ŞƏT-in “dialoq üzrə tərəfdaşı” statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır;

16 sentyabr 2015-ci il tarixində Çinin Sian şəhərində ŞƏT-in xarici ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərinin 14-cü toplantısında iqtisadiyyat və sənaye nazirinin müavini iştirak etmişdir.

14 mart 2016-cı il tarixində Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum" xarici işlər naziri Elmar Məmmədyarov və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov tərəfindən imzalanmışdır.

12 aprel 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ŞƏT-in Baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

14 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ŞƏT-in Baş katibi Vladimir Norov ilə görüşmüşdür.

23 iyun 2021-ci il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən ŞƏT-in İqtisadi Forumunda iqtisadiyyat nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Forumun plenar iclasında ŞƏT-in 20 illiyi, iqtisadiyyatın transformasiyası və rəqəmsallaşma, elektron ticarət və dayanıqlı inkişaf üzrə müasir texnologiyaların tətbiqi, o cümlədən COVİD-19 pandemiyasının yaratdığı şəraitdə ümumi rəqəmsallaşma proseslərinin artırılması ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılmışdır.

ŞƏT-in İqtisadi Forumunun proqramına uyğun olaraq plenar iclasdan sonra Azərbaycan ilə Qazaxıstan və Tacikistan nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilmişdir.

16-17 avqust 2022-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilən ŞƏT-in “İqtisadi Forum və Sənaye İnnovasiyaları Sərgisi”ndə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO təmsil olunmuşdur.

"Beynəlxalq əməkdaşlığın xüsusiyyətləri və ticarət-iqtisadi əlaqələrin bərpası" panelində çıxış zamanı ŞƏT üzvləri ilə ticarət əlaqələri və ölkəmizdə yaradılan biznes və investisiya imkanları barədə məlumat verilmişdir.

Bununla yanaşı ŞƏT-in baş katibinin müavini ilə ixrac- idxal əməliyyatlarını artırmaq üçün məlumat mübadiləsi sisteminin yaradılması barədə fikir mübadiləsi aparılmışdır.

Sonuncu dəfə ŞƏT Sammiti 16 sentyabr 2022-ci il tarixində Səmərqənddə keçirilmişdir.

Sammitdə Azərbaycan Respublikasının Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri iştirak etmişdir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN