“Nazirlik və sənaye müəssisələrinin rəhbərləri, hakimlər onların qeyd-şərtsiz icrasını təmin etməyə borcludurlar.”
***
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 21-də keçirilən müşavirədə icra intizamının təmin edilməsi, bütün proqramların, yol xəritələrinin və layihələrin icra müddətinə əməl olunması ilə bağlı ciddi tapşırıqlar verib.
Bu barədə dövlət başçısının mətbuat xidməti xəbər yayıb.
“Biz Yeni Özbəkistanın qurulması istiqamətində genişmiqyaslı islahatlar aparırıq. Heç bir sahə gözdən kənarda qalmır. Amma islahatlar kağız üzərində qalmamalıdır. Nazirlik və sənaye müəssisələrinin rəhbərləri, hakimlər onların qeyd-şərtsiz icrasını təmin etməyə borcludurlar”,- deyə Şavkat Mirziyoyev xəbərdarlıq edib.
Onun sözlərinə görə, bəzi rəhbərlər keyfiyyəti, operativliyi və ciddiliyi unudub rəqəm dalınca qaçırlar, bəzi nazirlik və idarələrin sistemlərində nizam-intizamın səviyyəsi qənaətbəxş deyil.
Şavkat Mirziyoyev icra intizamının təmin edilməsi, bütün proqramların, yol xəritələrinin və layihələrin icra müddətində əməl olunması ilə bağlı ciddi tapşırıqlar verib.
JASMİN