Amerikalı jurnalist Taker Karlsonun Ukrayna prezidenti Vladimir Zelenskinin diktaturası ilə bağlı sözləri və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun bəyanatları Ukrayna liderinin ictimai imicinin sona çatmasından xəbər verir və onu sıravi vətəndaşa çevirir.

Tezadlar.az xəbər verir ki, bu sözləri Ali Radanın istintaq təcridxanasında olan deputatı Aleksandr Dubinski deyib.

“Takerin diktator Zelenski ilə bağlı bəyanatı və Kelloqun atəşkəsin olub-olmamasından asılı olmayaraq seçkilərin keçirilməli olduğu barədə bəyanatı təkcə Zelenskinin ictimai imicinin sonu deyil”, – deputat yazıb.

O əlavə edib ki, Kelloq və Karlsonun sözləri Avropa siyasətçilərinə Zelenskinin artıq əl sıxışmağa namizəd olmadığına dair siqnaldır.

Bundan əvvəl Dubinski ABŞ prezidenti Donald Trampın münaqişənin nizamlanmasının müzakirəsində iştirak etməməsi üçün Zelenskini seçki keçirməyə məcbur edəcəyini bildirib. Deputat hesab edir ki, seçkilərin keçirilməsi Amerika liderinin və onun Ukrayna üzrə xüsusi nümayəndəsinin ritorikasında mühüm yer tutur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN