Mayın 20-si səhər saatlarından etibarən 21-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20, arabir 23-28 metr/saniyə olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq mayın 21-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal edilir.

Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, bəzi yerlərdə arabir 28-33 metr olacaq.

Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN