Türkiyə və Serbiya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər.

Serbiya hökuməti Türkiyə ilə vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında sərhəddən keçidinin həyata keçirilməsinə dair qərar qəbul edib. Bildirilib ki, iki ölkə arasında əlaqələrin inkişafı naminə imzalanan müqaviləyə əsasən, iki ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər. Bu tətbiqin hər iki ölkənin iqtisadiyyatına əlavə dəyər qatacağı, qarşılıqlı turist axınının artmasına təkan verəcəyi gözlənilir.

Xatırladaq ki, ötən ilin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”u təsdiq edib.

2021-ci il aprelin 1-dən isə Azərbaycan və Türkiyə vətəndaşları hər iki ölkə ərazisinə birbaşa səfər zamanı biometrik şəxsiyyət vəsiqəsindən istifadə edə bilirlər. Həmin şəxslər vizadan azad edilməklə 90 gün ölkədə qalmaq imkanı əldə edəcəklər. Bu zaman sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdır.

Digər ölkələrdən Azərbaycan və Türkiyə ərazisinə, eləcə də  əks istiqamətdə sərhədkeçmə zamanı pasportlardan istifadə məcburidir.

Ölkəmizdə müddətdən artıq qalmaq istəyən Türkiyə vətəndaşları yaşamaq icazəsi almaq üçün pasportla müraciət etməlidirlər. Bu zaman həmin sənədin etibarlılıq müddəti tələb edilən müddətdən azı 60 gün artıq olmalıdır.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN