Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında, əlbəttə ki, rəşadətli Azərbaycan Ordusunun müstəsna xidmətləri vardır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu xidmətləri həmişə yüksək qiymətləndirir, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin daim diqqətdə saxlanılması, müharibədə sağlamlığını itirən qazilərimizin müalicəsi, onların sosial problemlərinin həlli, eləcə də azad edilən tarixi torpaqlarımızda Vətənin müdafiəsi naminə xidməti vəzifələrini şərəflə davam etdirən, Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində bu gün də davam edən düşmən təxribatlarının, onların hücum cəhdlərinin qarşısını qətiyyətlə alan hərbi qulluqçularımızın xidmət şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm tədbirlərin həyata keçirilməsini zəruri hesab edərək bu fəaliyyəti şəxsən nəzarətdə saxlayır.