Azərbaycanda səfərdə olan İsrailin  “Mişpaxa” qəzetinin müxbiri İsrail Yoskoviç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Komitədən əldə etdiyimiz məlumata görə, Komitə sədri jurnalistin Komitənin və Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycan və yəhudi diasporları arasında bugünkü əlaqələr, əməkdaşlıq perspektivləri, birgə layihələr, ölkəmizdəki yəhudi icması ilə münasibətlər barədə  suallarına ətraflı cavab verib.

F.Muradov Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət  barədə geniş məlumat verib, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğu ilə bağlı ideya və baxışlarını qonağın diqqətinə çatdırıb, ölkəmizdə müşahidə olunan yüksək tolerantlıq haqqında danışıb.

Görüşdə dünya ictimaiyyətinin erməni təxribatlları barədə məlumatlandırılmasında xarici media nümayəndələrinin, o cümlədən israilli jurnalistlərin  roluna da nəzər yetirilib.

İsrail Yoskoviç  daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin  nəzdində fəaliyyət göstərən Diaspor TV və Diaspor FM-in studiyası ilə tanış olub.

Qeyd edək ki, Azərbaycana səfəri çərçivəsində İsrail Yoskoviçin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri nəzərdə tutulur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN