Xəbər verdiyimiz kimi, Jirinovski-Vahabzadə mövzusu hələ ki səngimir…

Bu arada sosial mediada deputat Rasim Musabəyovun İsfəndiyar Vahabzadəyə qarşı təhqiramiz cavabı meydana çıxdı. R.Musabəyov sonuncunun ünvanına olmazın aşağılayıcı və təhqiramiz ifadələri ilə diqqəti çəkirdi. Bəs Jirinovskinin Azərbaycan dövləti və dövlətçiliyi barədə sosial mediada və Rusiya TV-lərində yer alan mənfur çıxışına özünəməxsus tərzdə bir az da sərt cavab verən İ.Vahabzadə Rasim Musabəyovun təhqiramiz cavabına layiq idimi?

Tanınmış hüquqşünas Aslan İsmayılov bu suala belə cavab verir:

- Əgər Rasim Musabəyovun İ.Vahabzadə haqqındakı o tərbiyəsiz ifadəsi olmasa idi, bu mövzuya heç toxunmazdım. Çıxışımda da məqsədim İ.Vahabzadənin təhqir olunmasının qarşısını almaq idi… Bir daha təkrar edirəm, İ.Vahabzadənin rus xalqı haqqındakı ifadəsindən başqa deyilənlərin hamısı düz və haqlı idi. Uzun illər Rusiyanın tək tanınmışları, ziyalıları demirəm, hakimiyyətinin çox yüksək vəzifəliləri - jirinovskiləri, zatulinləri, tolstoyları, kiselyovları, simonyanları və digəriləri Dövlətimizi, Xalqımızı, Prezidentimizi aşağıladılar və bir dəfə də Rusiya tanınmışları, hakimiyyət təmsilçiləri buna etiraz etmədilər.

Ona görə də kim tərəfindən olmasına baxmayaraq İ.Vahabzadə haqqında bəzi təhqiredici yazılara qəti etirazımı bildirirəm. Bu şəxs hakimiyyətdə təmsil olunmur və dedikləri onun şəxsi fikirləridir və həqiqətdir. Roma Papasından artıq katolik olmaq lazım deyil! Biz Rusiya və İran haqqında münasibətlər pisləşməsin deyə susduqca, qonşular bütün əndazələri aşdılar və durmadan hörmətsizlik etdilər. Qoy hamı bilsin ki, bizim də deyəcəklərimiz var və bizə qarşı hörmətlə yanaşmaq lazımdır…

***

Bəli, susmuşuq… Susduqca «Susmaq razılıq əlamətidir!» prinsipi ilə jirinovskilər, zatulinlər, kiselyovlar… bizi təhqir etməkdən çəkinməyiblər. Və onlara elə gəlib ki, Azərbaycanın onlara cavab verəcək cəsarətli, intellektual ziyalıları yoxdur, yaxud əsası, sübutu-sözü yoxdur… İndi, Mayakovskinin sözləri ilə desək: «Alın a… Yana-yana qalın aaa!. Biz Azərbaycan vətəndaşlarıyıq!!! Özü də yüz illər boyu bəslədiyiniz Ermənistan mifini 44 günə darmadağın edən Azərbaycanın vətəndaşlarıyıq…».

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN