96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə Goranboy rayonu, Qarqucaq kənd şəhidi Rəşad Taryel oğlu Aslanovun qızı Ceyhunə Aslanovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Bərpa Mərkəzində müalicəsinə başlanılıb.

Deputatın köməkçisi Elçin Cahangirovun Tezadlar.az-a verdiyi məlumata görə, o, Bərpa Mərkəzində şəhidin övladı ilə görüşüb, dövlət başçısının vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək mənəvi borcdur: «Çünki qəhrəman atalarınız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda əsgər və qazilərimizin döyüşlərdəki böyük fədakarlığı hesabına qazandıq».

Şəhidin övladı və anası onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

E.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN