“Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım  Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmişdir. Görkəmli oftalmoloq alim səmərəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə yüksək səviyyədə qiymətləndirilib.

Pin It

Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib.

Pin It

“Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq müddət keçməsinə baxmayaraq, işğalçı dövlət sənəddən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi barədə düşünmür. İndiyədək Azərbaycan ən yüksək tribunalardan dönə-dönə bəyan edib ki, Qarabağda hələ də qanunsuz erməni hərbi dəstələri və kriminal ünsürlər qalmaqdadır. Bu problemin həll edilməməsində əsas günahkar olan Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın tələblərini kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. 2022-ci ildə Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır.

Pin It

Aprelin 25-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 194 saylı tam orta məktəbin birgə layihəsi əsasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Heydər Əliyev: 1923-∞” adlı fləşmob keçirilib.

Pin It

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvaya gələn İran, Suriya və Türkiyənin hərbi idarələrinin rəhbərləri Məhəmməd Rza Aştiani, Əli Mahmud Abbas və Hulusi Akarla regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN