KEÇMİŞ MƏMUR GÖYÇAYIN BAŞÇISINDAN NİYƏ ŞİKAYƏTÇİDİR?
"Əgər istintaq düzgün aparılarsa, bu, sübut olunacaq..."
"Əgər istintaq düzgün aparılarsa, bu, sübut olunacaq..."
(Gördüklərim və təəssüratlarım)
Tanınmış hüquqşünas, hüquq müdafiəçisi Şəmsəddin Əliyev iki gün əvvəl Şuşada olub. Şəmsəddin bəy Şuşa təəssüratlarını “Təzadlar”la da bölüşdü:
...Salam Şuşa! Təqvimdə sentyabrın 12-ci günü. Zəvvar kimi aydın səmalı bir gündə ziyarətinə gəlmişik. İzninlə qollarımı boynuna salıb, səninlə qolboyun oluram. Mənə bu aydın və əngin səmada ulduzların bərkidildiyi tavanı da aydın görünür. Bu, İlahi hikmət və əzəmətin təcəllasdır -deyərdim. İndi qoynundayıq- deyə hər birimizin ruhu dincəlir...
Bizi qınama, Şuşa! Belə xoş günlərdə heç vaxt unudulmayacaq və ömrümüzə yazılmayacaq günləri xatırlamaq istəməzdim, keçmişi varaqlayıb köks ötürməyin də yeri deyil. Onsuz da o günlər yaddaşlardan “silinməyəcək”-düşüncələrilə üzümü Gövhər Ağa məscidinə tutdum... vədlərə xilaf çıxmadım, “Hacı, biz gələ bilmirik. Allah xatirinə bizim əvəzimizə də dualar et” -dost tapşırığını icra etdim...
Bu ziyarəti bizə bəxş edib yaşadanlara-Vətənpərvər Vüsal qardaşımıza və bu missiyanı ona həvalə edənlərə dərin təşəkkürlərim var! Tanrı dayaq olsun. QHT həmkarlarımın dairəsi geniş idi.
Uzun illər fəaliyyət göstərdiyim vətəndaş cəmiyyətinin tanınmış və nüfuzlu simalarından olan Fərasət Qurbanov, Elməddin Behbud və Təhmasib Novruzovla xatirə şəkilləri çəkdirdik. Müxtəlif televiziyalara müsahibələr verdim...
Bakıdan Şuşaya uzanan uzun və yeni, “Zəfər” yolunun inşası bitmək üzrədir. İlan kimi qıvrılan, çətin aşırımlı bu yol 2020- ci ilin qışın sərt çağında haliyədə gördüyümüz sal qayaları döyüşçülərimizin necə aşıb Şuşanı girovluqdan və əsirlikdən azad etməsini, “alınmaz qaladır” -deyənlərin inamına və güvəncinə od salmasını xatırlatdı. O qayalara baxdıqca igidlərimizin qəhrəmanlığına bir daha heyran qalırdıq.
Kitabı, dini, imanı, vicdanı da, məsləki və əqidəsi də, sənə sevgisi və ehtiramı da bir olan övladların uzun illərdən sonra bayramına gəldi. Bundan sonra səninlə hər bir görüş, bayramdır, Şuşa!
Dərdinə aşina olduq, amma “o” dərd-sərdən qurtula bilmirik. Bu günə qədər o köhnə dərdlər hələ də qəlbimizdə dövr eyləyir. Allah təzələməyə macal verməsin!
Zəvvar tək gəldik ki, Səni Kəbə evinə xas tərzdə təvaf edib, Ləbbeyk-deyək.
Söhbətimizə bəzək verək. Hərçəndi söz bazarında kasadlıqdı. Söz də, sahibi də qiymətdən düşüb. Sözün də söz sahibi kimi Sirat körpüsündən keçib imtahana çəkiləcək vaxtı, vədəsi olacaq...
Söz ustadlarından olan Molla Pənah Vaqifin məqbərəsini də ziyarət etdik. Qısa müddətdə Məqbərənin əvvəlki görkəmi məharətli sənətkarların əməyi sayəsində bərpa olunub. Mərd kişilər bir araya gəlməsəydi meydan təzələnməzdi.
Səni qazanmaq üçün özünü qurban verib şəhadətə qovuşmaq məqsədli idi. İgidlərimizin müqəddəs arzuları və istəyi idi.
İndi sözün dəyəri 30 il bundan əvvəlki dəyərdən çox aşağıdı. Gözəl söz deyənlərə həcv yazırlar, küfr söyləyirlər...
Zamanə zamanında sözlü adamları kənarda gizli saxlayardı. İndi o da “intibah” dövrünü yaşayır...
Mən isə həmişə zəmanənin əleyhinə getmişəm. Heç vaxt dövrün adamı ola bilmədiyimdəm bəlasını da çox dadmışam.
Ustad və dahi Füzulinin dediyi kimi:
Ol nəfyi- kəmali- hikmət eylər,
Lazım bilirəm xəsarət eylər,
Təmiri-xərabə talibəm mən
İnşəallah ki, qalibəm mən...
Məni nədənsə zaman özü, özünə qarşı qoyur. Zərərə getdiyimi də bilirəm...
İndi arxalı yırtıcıların viran qoyduğu yerlər bərpa olunur, yenidən tikilir. Bu da zəfər yolumuzun təsirindəndi-deyərdim. Qürur duyduq.
Şəhərlər şəhəri, mədəni, mənəvi və tarixi qalaların memarlıq nümunəsi, abidəsi və Sultanı Şuşa!
Gözəl, əsrarəngsiz təbiətin sahibi Şuşa!
Səmadan torpağına enən saf yağış damcılarının da inci tək qiyməti varmış, bilməmişik. O dürr damcılar bərəkətli torpağına bərəkət gətirib, anlamamışıq. Bax, sənin dar günündə əlindən yapışıb ayaq üstə qaldıran o torpağın ərsəyə gətirdikləri, qolu bükülməz Vətən qəhrəmanlarıdı...
Gəldik ki, doğmalıq itməsin, qala qapıların bağlanmasın, sənin biçimli, ağayana davranışının və qonaqpərvərliyinin bir daha şahidi olaq, Şuşa!
30 il ərzində səni sevənlər rahatlığını özünə haram bilib... Təbiət də səxavətini və möcüzələrini səndən əsirgəməyib.Cıdır düzünə baxıb gəzdikcə sevincimizin meydanını da geniş gördük. O qayalarda, qartal oylağı olan sıldırımlarda igidlərimizin barmaq və ayaq izləri həkk olunub. Onu daha kimsə itirə bilməz...
Torpağında addımlayırıq. Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş büstünü ürək ağrısı ilə seyr edirik.
Düşmən, xatirələri əbədiləşdirilən xadimlərimizin heykəllərindən də ehtiyatlanırmış.
“Birdən dirilib problem yaşadacaqlar” və arxayın olsunlar deyə heykəlləri gülləbaran edib, məzarlıqları viran qoyublar. Bu vələdüzinalar ölülərimizdən də qorxurmuşlar... İndi Şuşada hər şey aşkardır. Təbiəti saf, insanların əxlaqı təmizdir.
Şuşanın əyilməz vüqarı, dəyəri ölçülməz cah-cəlal rəmzidir. Hələ gözəllərinin vəsfəsığmaz al yanaqlarını demirəm. Leyli tək qəmzəsi şirin, kirpikləri aşiqi nişan alan ox, baxışları gül yarpaqları içində şeh damlalarına bənzər. Baxmaqdan gözlər yorulmaz, doymaz... Gözəlliyinə çox söz demək olardı, ayrılıq mane oldu.
“Səndən kənarda, çox kənarda olduq” kəlməsini dilimə gətirə bilmirəm.
Axı, bəbək gözün içindəsə, “qıraqdadır” necə demək olar?
İndi hər birimizin üzünə gülümsə və olub keçənlərə güzəşt-de. Əvvəlki təmkinini saxla.
Sən musiqinin və musiqiçilərin beşiyi olan “pərdə” içrə qərar tutmusan. Bu vəziyyətdə məqamın çox uca zirvələrdədir...
Fələk zalımlıq və hoqqabazlıq etdi. Heç kimin xoşuna gəlmədiyi məkrli bir plan cızdı. İşğal “bağçasına” su verdi.
Ədalət hərarəti olmayan yad əllərə möhtac qaldı. Məsəl var, deyərlər: “Ulduz bir bürcdə qərar tutdu, gövhər xəzinədə məhbus oldu”...
Gövhər tək Sən də məhbus həyatı yaşadın. Səninlə görüşə qəsdən izn verilmədi. Ölümüzdən qorxan bu cəlladlar ,heç buna razı olacaqdılarmı? İndi İlahi hökm ilə “məhkumluq” üzərindən götürüldü... Tam “bəraət” aldın. Günahsızlığın hamıya bəlli oldu. Hamıya bəlli olan faktların dəlilə, sübuta ehtiyacı olmur, ay Şuşa, Vallah olmur!
30 ildən sonra baş tutan görüşdə mənə elə gəldi ki, (Hz.Yusiflə atası Hz.Əyyubun bir-birilərinə sarılması səhnəsi) valideyn-övlad təmasının bu səhnəsindən uzun illərin səbrü-qərarına da od düşdü...
Aydın səmada bir Şimşək də çaxdı...
Bu gün Sən, hər birimizin gözündə Şuşada qürub edib, elə Şuşada da dan yerini qanadıb al rəngə boyadan günəşə bənzəyirsən. Bizlər başına dolanan pərvanələrik. Minnət olsun canımıza.
“Can nədir ki, onu qurban etməyək Şuşamıza”.
Hüzurunda əmrinə müntəzirik... Tapşırığını ver, təlimatlandır...
Zaman olub ixtiyarsız olmuşuq. Günahlarımızı səmimiliklə etiraf edirik. Amma ağa kərəmsiz, qul xətasız olmaz ki, ay Şuşa!..
Bu günü çox gözlədik, Sənə qovuşmq üçün çox çalışdıq. Yenə etiraf edirəm ki, nə vaxtsa görüşəcəyimizə ümidimiz qalmamışdı... Vətən torpağına isə tükənməz cevgimiz varıydı, var və yenə olacaq...
Növbəti görüşlərədək, Şuşa!
12 sentyabr 2021-ci il.
Redksiyamıza Lerik rayonu, Camal Şahıyev küçəsi, ev 8, mənzil 15-də yaşayan Qarabağ əlili Məmmədov Üzeyir Cavanşir oğlunun ürək parçalayan məktubu daxil olub.
Bu gün xaricdə vətənimizi layiqincə təmsil edən şəxslər haqqında mətbuat və sosial şəbəkələrdə məlumatları izləyirik. Onların hər bir uğruna sevinir və qürur hissi keçiririk. Uğurlarını öz uğurumuz kimi qəbul edirik. Belə böyük uğurlara imza atmış şəxslərdən biri də Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatı laureatı Raymonda Xıdır-zadədir.
Şəhərimizdə,eləcə də Azərbaycanın iri şəhərlərində müxtəlif satış obyektləri mövcuddur. Bu satış obyektlərinin əksəriyyəti fəaliyyətlərini müasir standartlara cavab verən tərzdə təşkil ediblər.