booked.netbooked.net booked.net  

BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insаn аlvеrinin mahiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimaiyyətin diqqətinin insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlərə yönəldilməsidir.

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) ictimaiyyətin insan alveri ilə bağlı məlumatlılığını artırmaq məqsədilə təbliğat kampaniyasına başlayıb. Maarifləndirmə kampaniyası həm həssas qrupları, həm də Azərbaycanda geniş ictimaiyyəti hədəfə aldığından profilaktik mesajlar yalnız birbaşa insan alveri təhlükəsi ilə üzləşənlər üçün deyil, həm də ümumi əhali üçün nəzərdə tutulub.

Kampaniya çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyinin sosial media səhifələrində, paytaxt küçələrində, metro stansiyalarında yerləşdirilən Azərbaycan və ingilis dillərində hazırlanmış təbliğat materiallarının əsas məqsədi insan alveri ilə bağlı məlumatlılığı artırmaq, həssas şəxslərin insan alverinin qurbanı olmasının qarşısını almaq və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yardım telefonunu təbliğ etməklə insanları bu hallarla üzləşdikdə xüsusi hüquq-mühafizə qurumuna dərhal müraciət etməyə təşviq etməkdir.

Həm cinsi, həm də əmək istismarını müasir dövr köləliyinin yayılmış bir formaları kimi əks etdirən kampaniya BMqT-nin Azərbaycanda insan alverinə qarşı mübarizədə hökumət qurumlarına, vətəndaş cəmiyyəti təşkilatlarına, beynəlxalq təşkilatlara və özəl sektora dəstək məqsədi daşıyan davamlı təşəbbüsünün bir hissəsidir.

BMqT və Azərbaycan hökuməti insan alverinin qarşısını almaq, insan alveri ilə məşğul olanları cəzalandırmaq, eləcə də insan alveri qurbanlarına və onların ailələrinə kömək etmək üçün birgə çalışırlar. Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə BMqT, həmçinin Azərbaycanda məişət zorakılığı, istismar və insan alveri qurbanlarına yardım edən üç sığınacağa yardım edir.

Qeyd edək ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Ölkəmizdə bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır, xüsusilə əhali arasında geniş maarifləndirmə işləri mütəmadi qaydada həyata keçirilir. Bununla bağlı respublikamızda hüquqi-normativ baza da müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2020-ci il iyulun 22-də imzalandığı Sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planı” təsdiqlənib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN