Sankt-Peterburqda kişi arvadını oğlunun gözü qarşısında boğmağa cəhd edib, lakin uşaq polisə zəng edərək onu xilas edib.
Tezadlar.az bildirir ki, bu barədə REN TV-nin mənbəsi məlumat verib.
“Dekabrın 31-də saat 23:00-da uşaqdan zəng gəldi ki, atam ananı döyür. Gediş zamanı məlum olub ki, qadınla əri arasında münaqişə olub, bundan sonra kişi onun başına bir neçə zərbə endirib”, - mənbə açıqlayıb.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb. Ona alt çənənin və qırtlaq qığırdağının sınığı, həmçinin qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qadının boynunda boğulma izləri aşkar edilib. Xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı “Silah qismində istifadə edilən əşyalardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkənin əri saxlanılıb.
E.ŞİRİNOV