Avqustun 1-də axşam saatlarında erməni mənbələri Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın şimal və şimal-qərbində, eləcə də Ermənistan sərhədində bir neçə istiqamətdə hücumları barədə məlumat yayıb.

O cümlədən, azərbaycanlıların bir sıra istiqamətlərdə irəlilədiyi və döyüşlərin Gandzasar monastırının 10 km-də və Murovdağda getdiyi iddia edilirdi. Tezadlar.az bildirir ki, məlumatda eləcə də Geqarkunik rayonunun sərhədində (Kəlbəcərlə sərhəd) erməni mövqelərinin atəşə tutulduğu da iddia edilirdi. Qarabağ separatçılarında yaranmış gərgin vəziyyətlə bağlı, hətta “Təhlükəsizlik Şurası”nın da iclasını keçiriblər. Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi ermənilərin döyüş əməliyyatları və atəşə tutulması ilə bağlı xəbərlərini təkzib edərək, onları “ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan təxribat” adlandırıb.

Təbii ki, bütün bunlar Ermənistanın siyasi və hərbi rəhbərliyinin ictimaiyyəti aldatmağa hesablanmış bir hərəkətidir. Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyandan bəri belə təxribatlar səngimir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN