booked.netbooked.net booked.net  

Birləşmiş Ştatlar Dağlıq Qarabağ ətrafında insan tələfatı ilə nəticələnən intensiv döyüş əməliyyatları barədə məlumatlardan "dərindən narahatdır" və diqqətlə izləyir.

Bu barədə çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

"Biz gərginliyin azaldılması və gələcək eskalasiyanın qarşısının alınması üçün dərhal adımlar atmağa çağırırıq", -  deyə o əlavə edib.

"Gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi və ya ondan irəli gələn bütün digər məsələlərin razılaşdırılmış, hərtərəfli və davamlı həllinin zəruriliyini ortaya qoyur", - N.Prays qeyd edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN