Martın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Novruz bayramı ərəfəsində rayonun şəhid ailələri ilə görüş keçirib.

İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.

İcra başçısı Əhəd Abıyev çıxış edərək deyib:

- Bu gün biz Novruz bayramı ərəfəsində siz şəhid ailələri ilə görüşə toplaşmışıq. Bu toplantı həm də bizim ölkə rəhbərimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sarsılmaz birliyimizə, milli-mənəvi dəyərlərimizə əyani nümunədir.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini bu Novruz bayramı günlərində dərin hörmət və ehtiram hissi ilə anır, onların valideynlərini, ailələrini, habelə qazilərimizi, veteranları Novruz bayramı münasibətilə təbrik edirəm.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, Daşkəsən rayonunda da şəhid ailələri və qazilərin problemləri ilə daim yaxından maraqlanılır, onların həlli istiqamətində əməli tədbirlər həyata keçirilir. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən Rayon İcra Hakimiyyəti şəhid ailələrinə və qazilərə mütəmadi olaraq maliyyə və ərzaq yardımları göstərir.

Daşkəsən rayonunun şəhid ailələrinə və qazilərinə hər zaman göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya siz şəhid ailələri və bütün daşkəsənlilər adından bir daha da dərin ehtiramla minnətdarlığımızı bildiririk.   

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri onlara və övladlarına göstərilən həssas münasibətdən və qayğıdan razılıqla danışaraq minnətdarlıqlarını bildiriblər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər.

Sonra Əhəd Abıyev Novruz bayramı münasibətilə şəhid ailələrinə ərzaq bağlamasından ibarət bayram sovqatı təqdim edib. Həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına daşkəsənli 67 şəhid ailəsinin və 71 qazinin hər birinə maddi yardım göstərilib. Pul ödəmələri “Kapital Bank” vasitəsilə həyata keçirilib.

Elmar Əliyev – Vüqarlı,

Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN