Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində

Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb. Tezadlar.az AzərTAC-a istinadla xəbər verir ki, Xankəndidən Gorus İstiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib. Həmin 34 şəxsin 11-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub. Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN