“Ayaqqabını satanda satıcı məni tam əmin etdi ki, mal təmiz dəridəndir”.

 Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova müraciət edən Baki şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşayan Əliyeva Natəvan İsfəndiyar qızının surəti redaksiyamıza daxil olan şikayət ərizəsində deyilir.

 Şikayətçi ərizəsində həyat yoldaşı üçün şəhərin məşhur “Greyder” mağazasından yay sandalı aldığını, həmin malın dəri adı altında ona satıldığını, keytiyyətsiz hazırlanması  səbəbindən iki dəfə geyinən kimi qopduğunu bildirir.  

 “Yazıb sizə bildirirəm ki, mən 31.05.2023 tarixdə “28 Mall” ticarət mərkəzində yerləşən “Greyder” mağazasında kişi yay ayaqqabısı  alıb, 71 manat 93 qəpik ödədim. İki dəfə geyiləndən sonra həmin ayaqqabı yararsız hala düşdü. Belə ki, ayaqqabının bağı alt hissədən başladı ayrılmağa. Ayaqqabını satanda satıcı məni tam əmin etdi ki, mal təmiz dəridəndir. Həyat yoldaşım 06.06.2023 tarixdə ayaqqabını mağazaya apardı (kassa çəki, ödənişi, qutusu paketin içərisində idi). Satıcıya ayaqqabının keyfiyyətsiz olduğunu, dəri olmadığını bildirib, malın geri götürülməsini tələb etdi. Mağazada dedilər ki, Siz ayaqqabını düzgün geyinməmisiniz, gəlin bunu təmir edək. Razı olmadıq. Ya dəyişdirilməsini,  ya da ki, pulun geri qaytarılmasını istədik. Lakin razı olmadılar. Mən 195 qaynar xətt xidməti ilə əlaqə saxladım.

Onlardan gələn cavab məktubunda da mağazanın bizə dediyi eyni sözlər qeyd edilmişdi: “ayaqqabının bağları açılmayıb”...

i

img-20230727-wa0023

 Mən təkrarən 195 qaynar xətt ilə əlaqə saxlayıb, öz narazılıqlarımı bildirdim: bu nə araşdırmadı, mənə nə zəng vurulub, nə fikrimlə maraqlanıblar?!

Dəfələrlə, Setexgroup MMC-yə (0553647182)  zəng vurdum. Whatsapp vasitəsilə narazılığımı bildirdim. Dedilər, araşdırarıq. Sonra hec bir əlaqə saxlamaq mümkün olmadı. Bu mağaza Setexgroup MMC-yə məxsusdur  Lakin bu MMC heç bir məsuliyyət hiss etmir, cavabdehlik daşımaq istəmir. Belə özbaşınalıq olar?!

 Xahiş edirəm ki, mənə kömək edəsiniz,  istehlakçı hüququmu qoruyasınız. Malın ekspertizasını aparıb, ödədiyim pulu qaytarsınlar. Bu barədə müvafiq Dövlət orqanlarına və KİV-lərə məlumat verilsin ki, başqa insanlar aldadılmasınlar. Çünki bu hadisə hamının başına gələ bilər”, - deyə Natəvan Əliyeva bildirir.

 P.S. Qeyd edək ki, " “Greyder” mağazası artıq istehlakçının problemini həll edib. Məsələyə həssaslıqla yanaşaraq problemi həll etdiyinə görə "TƏZADLAR" qəzeti adından da "Greyder"ə təşəkkürümüzü bildiririk. 

 Xatırladaq ki,  məşhur “Greyder” türk brendləri mağazası şəhərin bir çox tannmış ticarət mərkəzlərində fəaliyyət göstərir. 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN