"Mən müxalifətin birləşməsinin tərəfdarıyam ki, heç bir səs itirilməsin - əgər müxalifətdə 2-3 qrup varsa, bu məqbul ola bilər, amma daha çox parçalamaq düzgün deyil".
Tezadlar.az xəbər verir ki, bu barədə "Strategiya Ağmaşenebeli"nin lideri Giorgi Vaşadze deyib. Onun sözlərinə görə, müxalifət razılaşıb ki, partiyalar arası qarşılıqlı hücumlar olmayacaq, ümumi islahatlar cədvəlinə imza atacaqlar və vətəndaşlarda qələbə ümidi yaradacaq birliyə doğru irəliləyəcəklər: “Gürcü arzusu”nun hakimiyyətdə olduğu dövrdə Gürcüstanın Avropaya inteqrasiya prosesi dayandırılıb. “Rusiya hüququ” ilə Avropaya inteqrasiya bir araya sığmır. Mən müxalifətin birləşməsinin tərəfdarıyam ki, heç bir səs itməsin və müxalifət seçicilərinin bütün səsləri Gürcüstan parlamentində mümkün qədər təmsil olunsun. Əsas odur ki, qələbə qazanacağımız halda Nazirlər Kabinetini necə razılaşdıracağıq”.