booked.net booked.net  

"60 gündən sonra xaricdən maliyyə alan təşkilatları qeydiyyata almaq öhdəliyi gələcək - Mən hamını qanun normalarına əməl etməyə çağırıram".
Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə müsahibəsində bildirib. O bildirib ki, təşkilatların “xarici təsirin şəffaflığı” haqqında qanuna tabe olmaması ilə bağlı bəyanatları qeyri-demokratik davranışdır: "Qanun qəbul olunub və hamı nə edəcəyini bilir! Bəyannamə olmasa, nəticələrin nə olacağı hər kəsə məlumdur".  Papuaşvili qanunun icrası ilə bağlı prosedurları izah edib. Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanun sabahdan etibarən dərc ediləcək: "İyunun 4-dən 60 gün müddətində Ədliyyə Nazirliyi tabeliyində olan normativ xarakterli aktları hazırlayacaq, o cümlədən qeyri-hökumət və media qurumları üçün elektron portal yaradacaq. 60 gündən sonra xaricdən maliyyə alan təşkilatlar qeydiyyatdan keçməlidir və bu zaman onlar 2023-cü ildə gəlirlərini bəyan etməli olacaqlar. Mən hamını qanunun normalarına və ruhuna əməl etməyə və qanuna uyğun hərəkət etməyə çağırıram”.

Beləliklə, 60 gündən sonra ölkədə nələrin baş verəcəyi bəlli olacaq...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA