Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət ediblər.

Bu barədə Tezadlar.az-a təşkilatdan məlumat verilib.

Bütün şəhidlərimiz kimi Elxan Nəcəfinin də heç vaxt unudulmayacağını, Azərbaycan xalqının qəlbində, eləcə də qəhrəmanlıq tariximizdə hər zaman yaşayacağını bildirən polkovnik C.Xəlilov şəhid ailəsinin qayğıları ilə maraqlanıb. C.Xəlilov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər bir şəhid ailəsinin və veteranın yanındadır və bu kateqoriyadan olan vətəndaşlara təşkilatın imkanları daxilində hər cür dəstəyi verməyə hazırdır.

Z.Quliyeva da şəhid Elxan Nəcəfinin anası Afət Nəcəfinin arzu və istəkləri ilə maraqlanıb, əldə edilən şanlı Qələbəyə görə xalq olaraq, ilk növbədə, şəhidlərimizə minnətdar olduğumuzu xatırladıb.

Şəhidin anası A.Nəcəfi ona göstərdikləri diqqətə görə C.Xəlilova və Z.Quliyevaya təşəkkür edib. O, şəhid ailəsi olaraq hər zaman dövlətin diqqət və qayğısını üzərində hiss etdiyini söyləyib, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin 14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü il sentyabrın 19-dan 20-dək davam edən lokal antiterror tədbirlərində iştirak edib. Elxan Nəcəfi 2023-cü il sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində gedən döyüşlərdə şəhid olub, İkinci Fəxri xiyabanda dəfn edilib.

17262108063323841908_1200x630

17262108062888528497_1200x630

1726210806205551809_1200x630

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN